Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədovun AFFA-dakı işindən uzaqlaşdırılandan sonra futbol ictimaiyyətindən kənarda qalması faktdı.
Məmmədovun media mənsubları ilə ünsiyyətə maraq göstərməməsinin dəqiq səbəbini demək çətin olsa da, zənglərə cavab verməməsi, futbol tədbirləri zamanı gözə dəyməməsi faktdı.
Sözügedən şəxsin "İdman Azərbaycan” televiziyası ilə əməkdaşlıq edəcəyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirmək üçün telekanalın rəhbəri Rövşən Binnətli ilə əlaqə saxladıq.
Rövşən bəyin Fanat.Az-a verdiyi açıqlama belə oldu:
"Gələcəkdə hər şey ola bilər. Bu gün üçün bu məsələ müzakirə olunmur”.
Fanat.Az