Vüsal İsgəndərli Bakı klubuna keçə bilər 

Vüsal İsgəndərli Bakı klubuna keçə bilər 

Türkiyənin 1-ci liqa təmsilçisindən - "Keçiörengücü"dən mövsüm sona çatmamış ayrılaraq Azərbaycana qayıdan Vüsal İsgəndərli ilə bir neçə klub maraqlanır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, cari mövsümün sonlarında "Sumqayıt"da məşq etməklə kifayətlənən Vüsalı heyətinə qatmaq istəyənlər arasında "Səbail" də var.

Yeni mövsümdən yeni büdcə və heyətlə mübarizə aparacaq "dənizçilər" İsgəndərli variantını nəzərdən keçirir. Tərəflərin yaxın vaxtlarda danışıqlara başlayacağı gözlənilir.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər