Volkov kimisi Azərbaycan çempionatları tarixində olmayıb

Volkov kimisi Azərbaycan çempionatları tarixində olmayıb

"Zirə"nin hücumçusu Davit Volkov Azərbaycan çempionatları tarixinə düşüb.

Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, o, buna I turda "Səbail"ə 4:1 hesabı ilə qalib gəldikləri matçda nail olub.

Birinci hissədə üç qola imza atan gürcüstanlı forvard yarış tarixində ən çox het-trik edən legioner adına yiyələnib.

“Zirə”də ikinci dəfə belə uğuru təkrarlayan Volkov “Sabah”ın heyətində də bir het-triklə yadda qalıb.

Üçüncü dəfə bir qarşılaşmada üç qol vuran oyunçu hərəyə iki dəfə het-trik edən Əhməd Ticani, Junivan Suares, Anatoli Doroş, Bahodir Nasimov və Reynaldo Silvanı arxada qoyub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər