Niderland millisinin keçmiş üzvü, veteran futbolçu Qreqori Van der Viel (Gregory van der Wiel) "YouTube" platformasında yayımlanan "CONVO Talkshow" proqramında qonaq olub.
Fanat.Az xəbər verir ki, 33 yaşlı müdafiəçi sabiq klubu "Fənərbağça" ilə bağlı maraqlı ittiham irəli sürüb. O, İstanbul təmsilçisindən ayrılma səbəbindən bəhs edib.
"Fənərbağça"da keçirdiyim ilk ilin ardından komandadan ayrılmaq istədim. Həyat yoldaşım hamilə idi. Klub prezidenti tərəfindən təhdid edildim. Sözün əsl mənasında həyatımı riskə ataraq o klubdan ayrıldım. "Fənərbağça"dan ayrıldıqdan sonra "Ayaks"a keçməyi ümid edirdim. Övladımın Amsterdamda doğulması üçün vətənimə qayıtmaq istəyirdim. Əlavə ödənişsiz transfer edilə bilərdim, ancaq təəssüf ki, təklif olmadı".
Qeyd edək ki, Qreqori Van der Viel 2016-cı ildə PSJ-dən "Fənərbağça"ya transfer olunub. O, Super Liqa klubunun heyətində 17 matçda meydana çıxıb. Türkiyədən getdikdən sonra Qreqori "Kaqliari" və "Toronto" kimi klublarda çıxış edib və 2018-ci ildə 30 yaşında ikən karyerasını başa vurub.
Röya