Verratti azarkeşlərdən küsüb - PSJ-dən gedir?

Verratti azarkeşlərdən küsüb - PSJ-dən gedir?

İtaliya millisinin futbolçusunu Marko Verratti azarkeşlərdən incidiyi üçün PSJ-ni tərk edə bilər. 

Fanat.Az xəbər verir ki, bunu "Calciomercato" yazıb. 

30 yaşlı yarımmüdafiəçi "Bayern Münhen"lə Çempionlar Liqası matçından sonra tənqidlərə tuş gəlib. Verratti məruz qaldığı psixoloji basqıdan sonra azarkeşlərdən küsüb. 

Hazırda futbolçu "Yuventus"un diqqət mərkəzindədir. Bu durum onu klubunu dəyişməyə vadar edə bilər. 

Xatırladaq ki, Verrattinin PSJ ilə müqaviləsi 2026-ci ilin yayına qədər nəzərdə tutulub. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər