Vernidubun ilk rəsmi matçından öncə "Neftçi"də üzlər gülür

Vernidubun ilk rəsmi matçından öncə "Neftçi"də üzlər gülür

Misli Premyer Liqasının 15-ci turu çərçivəsində bu gün "Sumqayıt"ı qəbul edəcək "Neftçi"nin heyəti ilə bağlı son vəziyyət bəlli olub.

Bu barədə Fanat.Az-a komandanın sözçüsü Asəf Zeynallı məlumat verib:

"Zədəli və cəzalı futbolçu yoxdur. Komanda "Sumqayıt"la oyuna tam heyətlə hazırlaşıb".

"Palms Sport Arena"da baş tutacaq "Neftçi" - "Sumqayıt" matçı 19:00-da başlayacaq. Bu, ukraynalı mütəxəssis Yuri Vernidubun Bakı təmsilçisinin baş məşqçi postunda ilk rəsmi matçı olacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər