Vaqif Sadıqov: "Həmişə “Neftçi”yə azarkeşlik edirəm"

Vaqif Sadıqov: "Həmişə “Neftçi”yə azarkeşlik edirəm"
Vaqif Sadıqov "Neftçi" ilə oyunla (2:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi meydandan kənarda həmişə "ağ-qaralar"a azarkeşlik etdiyini deyib:
"Tarixi qələbə qazandıq. “Neftçi”yə qarşı uğurlu nəticələrimiz yox idi. İkinci dəfədi ki, komanda oyuna fərqli taktika ilə çıxır. “Simurq”la oyunda ağır məğlubiyyət aldıq. Bugünkü oyunda isə rəqibə təzyiq etdik, üstün cəhətlərini göstərməyə imkan vermədik. Cinahları dəyişməklə qələbə qolunu vurmaq istəyirdik. Oyunun sonlarına yaxın bunu Aleksandr Şemonayev həyata keçirdi. Azarkeşlərimizi qələbə ilə təbrik edirəm. AZAL-da komanda ruhu var, qələbəyə köklənmişdik, rəqibdən çəkinmədik. Qış fasiləsində çatışmazlıqlar üzərində işləyəcəyik. Çempionatda zəif rəqib yoxdu, çempionatın inkişafı göz qabağındadı. İnanıram ki, gələcəkdə AZAL-dan da milli komandaya futbolçular dəvət olunacaq. Yaşıl meydanlardan kənarda həmişə “Neftçi”yə azarkeşlik edirəm, AZAL-ın baş məşqçisi kimi isə komandamın qələbəsi üçün çalışıram. Hakimin verdiyi qırmızı vərəqələri haqlı sayıram. Bu heyətimizi qoruyub saxlamağa çalışacağıq”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər