Valdas Dambrauskas tarixi qələbədən sonra nə danışdı?

Valdas Dambrauskas tarixi qələbədən sonra nə danışdı?

Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Sabah" da bu gün həlledici qarşılaşmaya çıxıb.

Fanat.Az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv ötən həftə səfərdə 1:2 hesabı ilə uduzduğu Danimarkanın "Orhus" komandasını 4:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

Matçdan sonra keçirilən mətbuat konfransında komandamızın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb:

“Bütün Azərbaycan azarkeşlərini, “Sabah” dəstəkçilərini, rəhbərliyi burada olan hər kəsi təbrik edirəm. Oyunçularımı alqışlayıram. Qalibiyyətdə hər birinizin payı var. İlk oyundakı məğlubiyyət bizə dərs verdi. Səhvləri kim düzəldib düzgün icra etsə idi, o qalib gələcəkdi. Düzgün göstərişləri yerinə yetirən komanda qələbə qazandı. Qapıçımız çox yaxşı iştirak etdi. Oyunun əvvəlindən axrına kimi dominant tərəf biz idik. Rəqib Danimarkadan fərqli olaraq daha çox təzyiq göstərirdi. Birinci qol psixoloji cəhətdən önəmli idi. O topdan sonra demək olar ki, bütün qollar ard-arda gəldi. Şənbə günü olan oyuna da hazırlaşacıyıq. Bu günkü qələbədən xoşbəxtəm”.

- Hansı komandanı özünə rəqib görmək istəyər? “Srvena Zvezda”, yoxsa “Hapoel”? - Mən hazırda bunu müzakirə etmək istəmirəm. Çünki bilmirəm, hansı daha yaxşı olardı. “Kəpəz”lə oyuna hazırlaşacayıq və bizi çətin matç gözləyir. Fərqli emosiyalar olacaq. Sadəcə, Gəncə təmsilçisini düşünürəm.

- "Sabah" öz meydanında rəqibə qol imkanı vermir, bunun xüsusi bir sirri varmı?

- Həmişə dominant oyun oynamağı hədəfləyirik. Qol atdıqca dayanmaq istəmirik. Rəqiblərimiz çox müdafiə olunurdu, lakin ilk qoldan sonra onlarda boşluqlar yarandı. Bəzən əlinə düşən bütün fürsətlərdən yararlana bilmirsən, bunlar hamısı qol olsa, çox xoşbəxt bir baş məşqçi olaram.

- “Sabah” uzun bir mövsümə başlayır, əlavə qapıçı transfer etmək fikriniz varmı?

- Mən sonuncu dəfə yoxlayarkən, heyətdə 4 qapıçı var idi. Çox istedadlı qolkiperlərdir. Hələki bütün futboolçularımızı dəyərləndirməmişik. Ona görə də, transfer barədə nəsə demək tez olar. Heyətdəki oyunçular verilən tapşırıqları yerinə yetirməyə hazırdırlar.

- Liqa mərhələsində hansı stadionda oynayamağı düşünürsünüz?

- Bu daha çox rəhbərliyə veriləcək sualdır. Bəzi tələblər, qayda-qanunlar var və bu məsələlərə görə artıq Masazırda oynaya bilməyəcəyik.

- Mbina oyunu tərk edəndən sonra Mikels sol cinahdan hücumun sivri ucuna keçdi və ondan sonra qol töhfəsi də verdi. Onu bu mövqedə oynatmağı düşünürsünüzmü?

- Əlbəttə ki, Mikelsin iki mövqedə oynaması bizim üçün yararlıdır. Mən onun bu universallığından razıyam. Bu gün biz rəqibdən daha çox təzyiq gözləyirdik, lakin geriyə çəkildikdə boşluqlar vermirdilər. Mikels isə vinger mövqeyində epizodlar yaratmağa çalışırdı və bunu bacardıq. İlk qoldan sonra isə rəqib oyundan düşdü. Daha çox vəziyyətlər yarada bildik. Bütün oyunçularımızdan razıyam. Mbina da öz işini yaxşı gördü. Komandamdan məmnunam. Konsentrasiyanı sona kimi saxlamaq lazımdır və biz bunu bacardıq.

- Xander Severina sol ayağı ilə dəfələrlə zərbə çəkdi. Onun hər iki ayağı işləkdir. Bu sizin tapşırığınız idi?

- Yüksək səviyyəli oyunçular həmişə nə etdiklərini bilirlər. Severinaya da qapıya daha çox zərbələr çəkməsini söyləmişdim və o bunu bacardı.

- Qələbəni haradasa qeyd etməyi düşünürsünüz?

- Siz məni hansısa məkanda qələbəni qeyd edərkən görmüsünüz? Mənim fikrim digər matçlardadır, onları analiz etməliyəm.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər