Unay Emeri "Nyukasl"la anlaşdı? - Təfərrüat

Unay Emeri "Nyukasl"la anlaşdı? - Təfərrüat

Baş məşqçi axtarışında olan İngiltərənin "Nyukasl" klubu "Vilyarreal"ın çalışdırıcısı Unay Emeri (Unai Emery) variantı üzərində dayanıb.

Fanat.Az xəbər verir ki, "Sky Sports" kanalı tərəflər arasında gedən danışıqların təfərrüatları da açıqlanıb.

Xəbərə görə, həftəsonuna qədər 50 yaşlı ispan mütəxəssisi komandada görmək istəyən "Nyukasl" rəhbərliyi "Vilyarreal"a 6 milyon funt sterlinq təzminat ödəyəcək. Yaxın günlərdə tərəflər arasında anlaşmanın əldə olunacağı qeyd olunur. 

Xatırladaq ki, bir neçə gün öncə "Nyukasl" rəhbərliyi komandanın çıxışından narazı qaldığını əsas gətirərək Stiv Bryusu baş məşqçi postundan qovub.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər