Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadası davam edir. Fanat.Az xəbər verir ki, Azərbaycan milliləri bu gün növbəti oyunlarını keçirəcəklər. Kişilərdən (Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərli) ibarət yığma 10-cu tur çərçivəsində Bolqarıstanla üz-üzə gələcək. Qadınlar (Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova) isə Sloveniyadan olan həmcinsləri ilə üz-üzə gələcəklər. 9 turdan sonra kişilərdən ibarət kollektiv 13 xalla 12-ci, qadınlardan ibarət milli isə 13 xalla 14-cü pillədə qərarlaşıb. Kişilərdən ibarət milli Mərakeşi (4:0), Filippini (3:1), İsveçrəni (3:1), Argentinanı (2.5:1.5) və Yunanıstanı (3.5:0.5) məğlub edib, Çexiya (2:2), Rumıniya (2:2) və Hindistanla (2:2) xal bölgüsünə razılaşıb, Ermənistana (1.5:2.5) məğlub olub. Zərif cinsdən olan zəka ustalarımız isə Qvatemala (4:0), Danimarka (4:0), İsveç (2.5:1.5), İngiltərə (2.5:1.5), Serbiya (3:1) və Çexiyanı (4:0) üstələyib, Argentina ilə (2:2) heç-heçə edib və Qazaxıstanla (1.5:2.5) Ermənistana (1.5:2.5) uduzub. Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Bolqarıstan və Sloveniyaya qarşı
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Şahmat
15:39
27.09.2026
Mahir Məmmədov 3-cü dəfə FIDE-nin vitse-prezidenti seçildi
Şahmat
13:07
27.09.2026
Ümumdünya Şahmat Olimpiadası: Bu gün Azərbaycan milliləri son görüşlərini keçirəcək
Şahmat
22:12
26.09.2026
Azərbaycan milliləri Şahmat Olimpiadasında növbəti görüşlərini keçirib
Şahmat
11:44
26.09.2026
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Bolqarıstan və Sloveniyaya qarşı