Türkiyə təmsilçisi "Beşiktaş" yeni baş məşqçisini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "qara qartallar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda norveçli mütəxəssis Ule-Qunnar Sulşerə tapşırılıb.
51 yaşlı çalışdırıcının fotosu İstanbul klubunun rəsmi "X" hesabında paylaşılıb.
Qeyd edək ki, Sulşer son olaraq hücumçu qismində də formasını geyindiyi "Mançester Yunayted"ə rəhbərlik etmişdi. O, "qırmızı-şeytanlar"dan ayrılandan - 2021-ci ildən işləmirdi.