Ukrayna Futbol Federasiyası (UAF) UEFA-dan Kiyev "Dinamo"su ilə matçdakı davranışlarına görə "Fənərbağça" azarkeşlərinin cəzalandırılmasını istəyib.
Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, ukraynalılar Türkiyə klubu azarkeşlərinin davranışını pisləyib.
Futbol Federasiyası insidentə baxılması xahişi ilə UEFA-ya müraciət ünvanlayıb.
Xatırladaq ki, görüşün 57-ci dəqiqəsində qonaqların qolundan sonra İstanbul komandasının azarkeşləri Rusiya prezidenti Vladimir Putinin adını səsləndirərək oxumağa başlayıblar.
"Dinamo" əlavə vaxtda "Fənərbağça"nı məğlub edərək (2:1) Çempionlar Liqasının növbəti mərhələsinə adlayıb.
Qeyd edək ki, UEFA azarkeşlərin davranışı ilə bağlı araşdırmaya başladığını elan edib.
Mirağa