Ukraynanın "Şaxtyor" klubunun gənclərdən ibarət komandasının yarımmüdafiəçisi Aleksandr Rosputko UEFA Gənclər Liqasının "Antverpen"lə oyunundan sonra Ukraynaya qayıtmayıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Sport.ua" məlumat yayıb.
Mənbənin məlumatına görə, Rosputko oktyabrın 4-də Belçikada keçirilən oyundan sonra komanda ilə birlikdə Varşavaya uçmaq üçün qeydiyyatdan keçib. Ancaq o, bundan sonra hava limanında telefonunu söndürərək yoxa çıxıb. Komanda yoldaşları onu hava limanının ərazisində axtarsalar da, axtarış heç bir nəticə verməyib. Beləliklə, Donetsk təmsilçisi geriyə onsuz qayıdıblar.
"Şaxtyor"un U-19 komandasının müdafiəçisinin Ukraynaya bu ölkədə davam edən müharibə səbəbindən qayıtmadığı ehtimal olunur.
Mirağa