"Vest Hem"in ukraynalı hücumçusu Andrey Yarmolenko "çəkicdöyənlər"lə olan müqaviləsini qarşılıqlı razılıq əsasında pozmaq və "Fənərbağça"ya keçmək istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Goal" yayıb.
Yarmolenkoya yayda təklif göndərən İstanbul təmsilçisinin şərtləri 31 yaşlı futbolçunu qane etmədiyindən tərəflər ortaq məxrəcə gələ bilməmişdi. Türkiyə klubunun bu yaxınlarda etdiyi çağırış isə ukraynalının ürəyincədir. Hazirda bu mövsüm 8 oyuna çıxaraq 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalan oyunçu "Vest Hem" rəhbərliyi ilə danışıq aparır.
Qeyd edək ki, Andrey sözügedən İngiltərə klubuna 2018-ci ilin yayında Dortmund "Borussiya"sından keçib.
Fanat.Az