Ukrayna millisində yeni baş məşqçi

Ukrayna millisində yeni baş məşqçi

Ukrayna millisinin yeni baş məşqçisi Sergey Rebrov olacaq.

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə vasitəsilə paylaşım edib.

Onun sözlərinə görə, 49 yaşlı mütəxəssis Ukrayna Futbol Assosiasiyası ilə ilkin müqavilə imzalayıb. Rebrov hazırda sükanı arxasında olduğu Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubu ilə iyunun sonuna qədər olan sözləşməsini yeniləməmək qərarına gəlib.

Assosiasiyanın tezliklə yeni baş məşqçi ilə 3 illik müqavilə imzalandığını açıqlaması gözlənilir. Rebrov bu postda debütünü iyunun 12-də Almaniya ilə keçiriləcək yoldaşlıq görüşündə edəcək.

Rebrov 2021-ci ilin yayından “Əl-Əyn”ə rəhbərlik edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər