Ukrayna klubu Rusiyaya qaçan futbolçu ilə bağlı qərarını verdi

Ukrayna klubu Rusiyaya qaçan futbolçu ilə bağlı qərarını verdi

UEFA Gənclər Liqasının "Antverpen"lə oyunundan sonra yoxa çıxaraq ölkəsinə qayıtmayan Ukraynanın "Şaxtyor" klubunun 19 yaşadək futbolçulardan ibarət komandasının yarımmüdafiəçisi Aleksandr Rosputko Rusiyaya qaçıb.

Fanat.Az "Football.ua"-ya istinadən xəbər verir ki, futbolçunun atası oğlunun sözügedən ölkə ərazisində olduğunu təsdiqləyib.

Artıq Rosputkonun maraqlarını təmsil edən agentlik onunla bütün əlaqələri kəsib. “Şaxtyor” da futbolçusunun qaçması ilə bağlı öz rəsmi mövqeyini ifadə edərək, onunla müqaviləyə xitam verildiyini açıqlayıb: “Komandanın düşərgəsinə qayıtmaması və müqavilə üzrə öhdəlikləri yerinə yetirməkdən faktiki imtina ilə əlaqədar “Şaxtyor” futbolçu Aleksandr Rosputko ilə müqaviləyə xitam verib”.

Xatırladaq ki, Rosputko UEFA Gənclər Liqasında “şaxtaçılar”ın heyətində 13 oyun keçirib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər