UEFA "Roma" və "İnter"in Avroliqanı tərk etməsini istəyir

UEFA "Roma" və "İnter"in Avroliqanı tərk etməsini istəyir
UEFA prezidenti Aleksander Çeferin Avropa Liqasının "Roma" və "İnter"siz oynanılmasının tərəfdarıdı.
Fanat.Az "Il Messaggero"ya istinadən xəbər verir ki, əvvəlcə Çeferin İtaliyada oynanılmalı olan matçların Bolqarıstan və ya Polşada keçirilməsi variantını irəli sürüb. Lakin "Roma"nın idarəçiləri - Quido Fienqa və Manolo Zubiria təklifi rədd ediblər.
Ardınca Çeferin "Roma" və "İnter"ə müraciət ünvanlayaraq onlardan Avropa Liqasını tərk etmələrini istəyib. Lakin bu variant da klublar tərəfindən qəbul olunmayıb.
 
Qeyd edək ki, İtaliya dünyada koronavirusun ən çox yayıldığı ikinci ölkədi 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər