UEFA Bakıda seminar keçirəcək

UEFA Bakıda seminar keçirəcək

Bakıda UEFA-nın təşkilatçılığı ilə məşqçi təlimatçılarının inkişaf seminarı keçiriləcək.

Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, aprelin 25-də başlayacaq seminar 3 gün davam edəcək.

Toplantıda Albaniya, Belarus, Farer adaları, Cəbəllütariq, Moldova, San Marino və Uelsdən olan təlimatçılar iştirak edəcək.

UEFA-nın Grassroots Mentoru Les Hovienin keçirəcəyi seminara UEFA nümayəndələri Ghenadie Scurtul və Tibor Sisa rəhbərlik edəcək.

Seminarda AFFA-nın texniki direktoru Cahangir Həsənzadə, məşqçi tədris şöbəsinin müdiri Aslan Kərimov və təlimatçılar iştirak edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər