U-23 Avropa çempionatı: Azərbaycanın iki qadın güləşçisi finalda

U-23 Avropa çempionatı: Azərbaycanın iki qadın güləşçisi finalda

Azərbaycanın iki qadın güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

Fanat.Az xəbər verir ki, Jalə Əliyeva (57 kq) və Elnurə Məmmədova (53 kq) həlledici qarşılaşmaya vəsiqə qazanıblar.

Nigar Mirzəzadə (65 kq) və Mərziyyə Sadıqova (72 kq) əvvəlki mərhələdə uduzublar.

Bu gün Ruzanna Məmmədova (59 kq) bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. Şəhanə Nəzərova (50 kq) isə təsəlliverici dueldə məğlub olub.

Qeyd edək ki, əvvəlki üç gündə Azərbaycan millisinin üzvləri 8 medal qazanıblar. Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq) və Qurban Qurbanov (82 kq) çempion olublar. Nihad Quluzadə (60) gümüş, Ruslan Nurullayev (72 kq), Rəşad Məmmədov (55 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97) isə bürünc medala yiyələniblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər