U-23 Avropa çempionatı: Azərbaycan güləşçilərindən 1 "qızıl", 2 "bürünc"

U-23 Avropa çempionatı: Azərbaycan güləşçilərindən 1 "qızıl", 2 "bürünc"

Azərbaycanın daha üç sərbəst güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında medal qazanıb.

Fanat.Az-ın məlumatına görə, Cəbrayıl Qadjiyev (74 kq) "qızıl", Nurəddin Novruzovla (61 kq) Arseni Djioyev "bürünc" əldə ediblər.

Qeyd edək ki, sərbəst güləşçilərimizdən Kənan Heybətov (70 kq) və Ali Tsokayev (79 kq) ötən gün gümüş medal qazanıblar. Daha əvvəl 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisi U-23 Avropa çempionatının qalibi olub. Bir dəst (1 qızıl, 1 gümüş, 1 bürünc) medal əldə edən qadınlardan ibarət yığma isə 76 xal toplayaraq ilk dəfə komanda hesabında üçüncü yeri tutub.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər