Türkiyə Superliqasında 30-cu turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün daha üç duel reallaşıb.
"Kasımpaşa” – "Sivasspor” oyunu "quru sülh"lə yekunlaşıbsa, "Konyaspor” "Rizəspor”a tək qolla qalib gəlib.
Turun mərkəzi qarşılaşmasına İstanbul səhnə olub. "Qalatasaray” turnir cədvəlinin ikincisi "Trabzonspor”la üz-üzə gəlib. Dörd qollu oyunun yekun hesabına qonaqlar sevinib.
Türkiyə Super Liqası
30-cu tur
3 iyul
Dənizlispor – Qaziantep 0:1
Qol: G.Vural, 24.
4 iyul
Ankaragücü – Alanyaspor 1:4
Qollar: Rivas, 82 – Sisse, 64. O.Bulut, 66. Bakasetas, 78-pen. Fernandes, 90.
Yeni Malatyaspor – Gənclərbirliyi 0:0
Antalyaspor – Başakşəhər 0:2
Qollar: Ba, 71. Elia, 90+7.
Fənərbağça – Göztəpə 2:1
Qollar: Kadıoğlu, 25; 45+2 – Aydoğdu, 66.
5 iyul
Kasımpaşa – Sivasspor 0:0
Qalatasaray – Trabzonspor 1:3
Qollar: Seri, 90+3-pen. – Sosa, 41-pen. Novak, 70. Sorlot, 90+5.
Konyaspor – Rizəspor 1:0
Qol: Miya, 90+5-pen.
6 iyul
22:00 Kayserispor – Beşiktaş
Fanat.Az