Futbol üzrə Türkiyə Superliqasında 12-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son oyun günündə daha dörd görüş reallaşıb. “Adana Dəmirspor” evdə “Hatayspor”u yenibsə, “Göztəpə” “Konyaspor”a uduzub. “Qalatasaray” “Fatih Karagümrük”ün “Fənərbağça” isə “Kayserispor”un öhdəsindən gələ bilməyib.
Türkiyə Superliqası 12-ci tur
7 noyabr
Göztəpə – Konyaspor 0:2 Qollar: Çikalleşi, 25; 72. Fatih Karagümrük – Qalatasaray 1:1 Qollar: Bertolaççi, 69 – M.Məhəmməd, 88. Adana Dəmirspor – Hatayspor 1:0 Qol: Akgün, 64. Fənərbağça – Kayserispor 2:2 Qollar: Zayç, 85. Özil, 90+9-pen – Kolovetsios, 39. Qavranoviç, 61.
6 noyabr
Sivasspor – Girəsunspor 0:0
Yeni Malatyaspor – Başakşəhər 1:3 Qollar: Kanasizkuş, 90+2 - Ciyerci, 39, Vişça, 59, Okaka, 61.
Antalyaspor – Altay 1:0 Qol: Mikauri, 49.
Beşiktaş – Trabzonspor 1:2 Qollar: Larin, 62 - Emyur, 45+4, Kornelius, 90+6.
5 noyabr
Qaziantep – Kasımpaşa 2:0 Qollar: Fiqeyredo, 37. Koker, 86.
Rizəspor – Alanyaspor 2:0 Qollar: Ay, 11. Djokoviç, 70.