Türkiyə Superliqası: "Fənərbağça" lideri rahatlaşmağa qoymadı

Türkiyə Superliqası: "Fənərbağça" lideri rahatlaşmağa qoymadı
Türkiyə Superliqasında 37-ci tura yekun vurulub.
 
Fanat.Az xəbər verir ki, son oyun günündə dörd qarşılaşma baş tutub.
 
"Yeni Malatyaspor” "Ankaragücü” ilə ev oyunundan qalib ayrılıbsa, "Qaziantep” öz meydanında "Ərzurumspor”a uduzub. 
 
"Başakşəhər” – "Alanyaspor” matçında qapılara qol vurulmayıb.
 
Lider "Beşiktaş"dan 3 xal geri qalan "Fənərbağça” "Kasımpaşa”nı yenərək çempionluqdan qopmadığını isbatlayıb.
 
Türkiyə Superliqası
37-ci tur
25 aprel
 
Yeni Malatyaspor – Ankaragücü 2:1
Qollar: A.Büyük, 55. Tette, 77 – Peyntsill, 90+2-pen.
 
Başakşəhər – Alanyaspor 0:0
 
Qaziantep – Ərzurumspor 2:3
Qollar: M.Demir, 69; 90 – R.Qomes, 54. H.Hatipoğlu, 59. R.Çağıran, 3.
 
Fənərbağça – Kasımpaşa 3:2
Qollar: Valensiya, 15; 45+1. Salai, 40 - Hayradinoviç, 21. Haderqyonay, 82. 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər