Türkiyə Super Liqası: “Trabzonspor”la “Beşiktaş”dan heç-heçə

Türkiyə Super Liqası: “Trabzonspor”la “Beşiktaş”dan heç-heçə

Türkiyə Super Liqasında 29-cu tura yekun vurulub.

Fnnat.Az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.

“Girəsunspor” evdə “Sivasspor”u tək qolla məğlub edib. Səfərdə “Trabzonspor”la qarşılaşan “Beşiktaş” isə xal itkisi ilə üzləşib.

Hazırda 66 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 60 xalla ikinci, “Beşiktaş” 56 xalla üçüncü pillədə qərarlaşıb. “Adana Dəmirspor” 51, “Başakşəhər” və “Trabzonspor” hərəyə 45, “Kayserispor” 44 xal toplayıb. Azərbaycan millisinin hücumçusu Mahir Emrelnin də formasını geyindiyi “Konyaspor”un 36 xalı var. 

Türkiyə Super Liqası 29-cu tur 14 aprel

Antalyaspor – Alanyaspor 3:1 Qol: D.Sinik, 27. Ndao, 39. B.Yıldırım, 85 – Koka, 21.

Qalatasaray – Kayserispor 6:0 Qol: İkardi, 18; 42-pen; 45+12. Raşiça, 23. K.Aktürkoğlu, 59. Zaniolo, 71.

15 aprel

Adana Dəmirspor – Kasımpaşa 5:0 Qol: Akintola, 18; 21. Y.Sarı, 27. Ndiaye, 80. Belhanda, 90.

İstanbulspor – Başakşəhər 1:0 Qol: E.Eze, 45+7.

Fənərbağça – Ankaragücü 2:1 Qol: Valensiya, 87-pen. Krespo, 90+6 – Sou, 80.

16 aprel

Girəsunspor – Sivasspor 1:0 Qol: Kampusano, 18.

Trabzonspor – Beşiktaş 0:0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər