Türkiyə Super Liqası: "Beşiktaş" darmadağınla qalib gəldi

Türkiyə Super Liqası: "Beşiktaş" darmadağınla qalib gəldi

Türkiyə Super Liqasında 7-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə 1 görüş reallaşıb.

Turun bağlanış oyununda "Kayserispor"un qonağı olan "Beşiktaş" 3:0 hesabı ilə qalib gəlib.

İstanbul təmsilçisinin heyətində 56-cı dəqiqədə Gedson Fernandeş hesabı açıb. 78-ci və 90+1-ci dəqiqələrdə fərqlənən Çiro İmmobile yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 16-ya çatdıran "Beşiktaş" turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. 3 xala malik "Kayserispor" isə 17-ci sırada yer alıb.

Türkiyə Super Liqası 7-ci tur 27 sentyabr

Sivasspor – Başakşəhər 1:2 Qollar: Meniq, 82 – Fiqeyredo, 43; 49.

28 sentyabr

Samsunspor – Göztəpə 4:3 Qollar: Marius, 28. Ntçam, 70; 90+1. Şindler, 79 – Yavru, 13-öz qapısına. Romulo, 41. Santos, 50.

Alanyaspor – Rizəspor 1:0 Qol: Yanvye, 33.

Qalatasaray – Kasımpaşa 3:3 Qollar: Osimhen, 20; 28. İkardi, 34 – Fall, 44. Hayradinoviç, 83. Da Kosta, 90+5.

29 sentyabr

Eyüpspor – Qaziantep 3:2  Qollar: Kutucu, 15, Akbaba, 65, Tiam, 79 - Soresku, 28, Taşdemir, 90+4. Trabzonspor – Konyaspor 3:2 Qollar: Viska, 16, Banza, 45+4-pen, 54 - Demirbağ, 24, Keyta, 89.. Antalyaspor – Fənərbağça 0:2 Qollar: Tadiç, 63, Talisson, 81-öz qapısına. Bodrumspor – Adana Dəmirspor 3:1 Qollar: Puskas, 13, 82, Seferi, 54 - Qravilyon, 60.

30 sentyabr

Kayserispor – Beşiktaş 0:3 Qollar: Gedson Fernandeş, 56. Çiro İmmobile, 78. 90+1.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər