Türkiyə Super Liqası: "Qalatasaray" yenildi, "Beşiktaş"dan qələbə

Türkiyə Super Liqası: "Qalatasaray" yenildi, "Beşiktaş"dan qələbə

Futbol üzrə Türkiyə Super Liqasında 35-ci tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, son oyun günündə dörd matç keçirilib.

Mövsümü boşa verən “Qalatasaray” bu dəfə öz meydanında “Sivasspor”a uduzub. “Beşiktaş” isə “Kayserispor”la səfər matçında çətin qələbəyə sevinib.

"Alanyaspor" elitanı tərk edəcəyi 32-ci turdan dəqiqləşən "Yeni Malatyaspor"u evə əliboş göndəribsə, "Rizəspor" rəqib meydanında "Göztəpə"ni darmadağın edib.

Türkiyə Super Liqası 35-ci tur

1 may

Kayserispor – Beşiktaş 2:3 Qollar: Tiam, 23-pen. Kardoso, 90+6 – Saatçı, 50. Nkudu, 75; 78-pen.

Alanyaspor – Yeni Malatyaspor 2:1 Qollar: Kandeyas, 65. O.Aydın, 66 – Diko, 31.

Qalatasaray – Sivasspor 2:3 Qollar: Qomis, 10; 58-pen. – Yatabare, 44. Ulvestad, 49. A.Oğuz, 64.

Göztəpə – Rizəspor 1:7 Qollar: Baku, 7 – K.Dəmirtaş, 16-öz qapısına. Sisse, 19. Fernandes, 34; 53. Y.Sarı, 68. Pohyanpalo, 78. Mendes, 88.

30 aprel

Konyaspor – Fatih Karagümrük 1:2 Qollar: Byutyuqi, 23 – S.Onur, 81. Karamo, 84.

Kasımpaşa – Başakşehir 2:3 Qollar: Fall, 43. Muleka, 78 – Gulbrandsen, 28. Trezeqe, 45. D.Türüç, 52.

Trabzonspor – Antalyaspor 2:2 Qollar: Kornelius, 3. D.Tokoz, 62 – Ndao, 51. Rayt, 80.

Hatayspor – Altay 0:1 Qol: Kappel, 10.

29 aprel

Fənərbağça – Qaziantep 3:2 Qollar: Rossi, 5. Dursun, 62. Zayç, 82 – Sagal, 64. Maksim, 90+7-pen.

Girəsunspor – Adana Dəmirspor 2:0 Qollar: Nayir, 21. Serjinyo, 48.

Türkiyə Super Liqası: "Qalatasaray" yenildi, "Beşiktaş"dan qələbə

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər