Türkiyə Super Liqası: İstanbul derbisində qalib müəyyənləşmədi

Türkiyə Super Liqası: İstanbul derbisində qalib müəyyənləşmədi

Futbol üzrə Türkiyə Super Liqasında 28-ci tura yekun vurulub.  

Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə üç matç baş tutub.   Günün mərkəzi oyununda "Beşiktaş"la "Başakşehir" üz-üzə gəlib. Dörd qolun vurulduğu prinsipial matçda qalib müəyyənləşməyib. "Qaziantep"lə "Hatayspor"un görüşündə də tərəflər iki qol vurub bir xalla kifayətlənib. Günün yeganə qalibi isə "Kayserispor" üzərində səfər qələbəsinə sevinən "Alanyaspor" olub.   Türkiyə Super Liqası 28-ci tur

7 mart   Kayserispor – Alanyaspor 1:2 Qollar: Andrea Bertolaççi, 34 - Oğuz Aydın, 41, Erencan Yardımçı, 83  Beşiktaş – Başakşehir 2:2 Qollar: Güven Yalçın, 41, Kenan Karaman, 54 - Trezeqe, 35, Çuka Okaka, 45+4  Qaziantep – Hatayspor 2:2 Qollar: Aleksandru Maxim, 5, 79 - Steven Kaulker, 20-öz qapısına, El Kaabi, 30

6 mart   Fatih Karagümrük – Altay 0:0   Fənərbağça – Trabzonspor 1:1 Qollar: Zayç, 71 – Nvakaeme, 22.   Antalyaspor – Sivasspor 1:0 Qol: Fernando, 45+2.

5 mart

Rizəspor – Girəsunspor 1:2 Qollar: Pohyanpalo, 14 – Çikinyo, 45+3. Traore, 48.   Göztəpə – Kasımpaşa 2:3 Qollar: Di Santo, 7. Ndiaye, 80 – Muleka, 5; 48. U.Bozok, 79.   Konyaspor – Qalatasaray 2:0 Qollar: Koka, 8. Rahmanoviç, 20.   4 mart

Yeni Malatyaspor – Adana Dəmirspor 1:0 Qol: Şuyar, 77.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər