Türkiyə Super Liqasında 3-cü tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, bu gün son üç matç baş tutub.
"Sivasspor" - "Alanyaspor" oyunu 1:1-lik heç-heçə ilə yekunlaşıb. "İstanbulspor" isə evdə "Konyaspor"dan 4 cavabsız qol görüb.
"Fənərbağça" doğma azarkeşlər önündə "Adana Demirspor"u 4:2 hesabı ilə məğlub edib. Qonaqların heyətində debüt oyununa çıxan rusiyalı futbolçu Artyom Dzyuba Türkiyə çempionatında ilk qolunu vurub.
Türkiyə Super Liqası III tur
22 avqust
Sivasspor - Alanyaspor 1:1 Qollar: Qradel, 15-pen.- Dumbia, 90+1.
İstanbulspor - Konyaspor 0:4 Qollar: Çekiçi, Demir, 44-pen. Yeşil-öz qapısına, 56. Sitya, 69.
Fənərbağça - Adana Demirspor 4:2 Qollar: Valensiya, 20-pen; 41. Zayts, 47. Alioski, 83 - Belhanda, 56. Dzyuba, 66.
21 avqust
Başakşehir – Kayserispor 2:0 Qollar: Şadli, 22. Özcan, 50.
Beşiktaş – Fatih Karagümrük 4:1 Qollar: Veqorst, 17. Nkudu, 34. Muleka, 50. Rozye, 90 – Dian, 53.
20 avqust
Hatayspor - Qaziantep 1:2 Qollar: El Kaabi, 31 - Fiqeyredo, 7, Evtoviç, 49.
Antalyaspor - Trabzonspor 5:2 Qollar: Fernando, 14, Vrayt, 40 pen., 90+8, Bayrakdar, 81, 90+6 - Bardi, 45+5, 73
19 avqust
Ümraniyəspor – Qalatasaray 0:1 Qol: Qomis, 86.
