Türkiyə Kuboku: millimizin üzvü "Beşiktaş"a rəqib oldu

Türkiyə Kuboku: millimizin üzvü "Beşiktaş"a rəqib oldu
Türkiyə Kubokunda 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb. Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazın yeni komandası "Gənclərbirliyi" "Beşiktaş"a rəqib olub.
Bu cütün qalibi yarımfinalda "Giresunspor" - "Fənərbağça" cütünün qalibi ilə üz-üzə gələcək. "Akhisar Bələdiyyəspor" - "Kayserispor" cütünün qalibi isə "Konyaspor" - "Qalatasaray" cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları 30 yanvardan 1 fevraladək, cavab görüşləri 6 fevraldan 8 fevraladək olacaq. Yarımfinal qarşılaşmaları isə 27 fevraldan 1 martadək və 17 apreldən 19 aprelədək keçiriləcək. Final matçının mayın 9-da Eskişehirdə təşkili nəzərdə tutulub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər