Türkiyə Kuboku: "Beşiktaş"ı oyunsonrası penaltilər sevindirdi

Türkiyə Kuboku: "Beşiktaş"ı oyunsonrası penaltilər sevindirdi

Futbol üzrə Türkiyə Kubokunda 1/8 final mərhələsinə yekun vurulub. 

Fanat.Az xəbər verir ki, son oyun günündə iki matç baş tutub.

“Alanyaspor” evdə“Adana Dəmirspor”la üz-üzə gəlib. Əsas və əlavə vaxtı heç-heçə bitən matçın qalibini müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Alanya təmsilçisi 1/4 finala yüksəlib.   Ötən mövsümün qalibi “Beşiktaş” isə bu mərhələdə “Göztəpə” ilə üzləşib. Bu matçın əsas və əlavə vaxtında ümumiyyətlə qapılara qol vurulmayıb. Penalti seriyasında isə İstanbul təmsilçisi şanslı olub və növbəti mərhələyə vəsiqə qazanıb.   Xatırladaq ki, daha önəc “Qaziantep”, “Fatih Karagümrük”, “Kayserispor”, “Sivasspor”, “Antalyaspor” və “Trabzonspor” da 1/4 finala vəsiqə qazanmışdı.

  Türkiyə Kuboku 1/8 final

10 fevral   Alanyaspor – Adana Dəmirspor 1:1 (penaltilər 4:2) Qollar: Eduardo, 22 – E.Öztümer, 38.   Beşiktaş – Göztəpə 0:0 (penaltilərlə: 3:1)

9 fevral   Bandırmaspor – Sivasspor 2:4 Qollar: Ayçiçek, 34. Landel, 54 – Qradel, 2; 45+3; 89. Appyadanqoye, 79.   Hatayspor – Antalyaspor 0:2 Qollar: Nado, 83. Rayt, 87.   Dənizlispor – Trabzonspor 1:2 Qollar: Cecenoğlu, 58 – Türkmən, 8. Kouassi, 77.

8 fevral   Kasımpaşa – Qaziantep 1:2 Qollar: Oanes, 31 – Fiqeyredo, 42. Maksim, 81.   Fatih Karagümrük – Konyaspor 5:4 Qollar: Mərcan, 7. Musa, 28. Borini, 67; 80-pen. Mor, 101 – Koka, 11; 21-pen. Amilton, 60. Çağıran, 87.   Fənərbağça – Kayserispor 0:1 Qol: Çivelek, 90+4.  

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər