Futbol üzrə Azərbaycan I Divizionda VI tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günü baş tutan 3 görüşdə qapılara 12 qol vurulub.
"Qaradağ Lökbatan" evdə "Səbail-2"ni, MOİK isə səfərdə "Sabah-2"ni iki top fərqi ilə yenib. "Qəbələ"nin əvəzediciləri isə "Zirə-2"yə divan tutub. Rəqibinin qapısından 6 cavabsız top keçirən "Qəbələ-2"nin heyətində 3 futbolçu dubl edib.
26 oktyabr (çərşənbə axşamı)
“Qaradağ Lökbatan” – “Səbail-2” 2:0 Qollar: Sabir Allahquliyev, 49, Urfan İsmayılov, 65.
“Sabah-2” – MOİK 1:3 Qollar: Samir Məhərrəmli, 73 - Samir Alıyev, 21, İsa Zeynallı, 52-p, Ruslan Voronsov, 80-p.
“Qəbələ-2” – “Zirə-2” 6:0 Qollar: Mehrac Baxşalı, 1, 90+3, Aqil Nəsibov, 24, 71, Taleh Qarayev, 86, 89.
Tura sabah yekun vurulacaq:
27 oktyabr (çərşənbə)
“Sumqayıt-2” - “Keşlə-2” Hakimlər: Rauf Cabarov, Qəzənfər Məmmədov, Səbuhi Soltanov, Emin Əliyev Hakim-inspektor: Feyzulla Feyzullayev AFFA nümayəndəsi: İlham Əliyev “Kapital Bank Arena” (ehtiyat meydança), 14:00
“Qarabağ-2” – “Turan Tovuz” Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Asiman Əzizli, Rauf Allahverdiyev Hakim-inspektor: Zöhrab Qədiyev AFFA nümayəndəsi: Rüfət Əmirov Binə qəsəbə stadionu, 14:30 (pfl.az/canlı)
“Kəpəz” – “Neftçi-2” Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Teymur Teymurov, Namiq Bəkirov Hakim-inspektor: Rövşən Əhmədov AFFA nümayəndəsi: Eldəniz Musayev Gəncə şəhər stadionu, 14:30 (pfl.az/canlı)