Tuncay Şanlı azərbaycanlı futbolçunun baş məşqçisi oldu - RƏSMİ

Tuncay Şanlı azərbaycanlı futbolçunun baş məşqçisi oldu - RƏSMİ

Azərbaycan millisinin üzvü Coşqun Diniyevin komandasının - "Ümraniyespor"un yeni baş məşqçisi bəlli olub.

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb. 

Sözügedən kollektiv Türkiyə millisinin sabiq üzvü Tuncay Şanlıya tapşırılıb. 42 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları indilik açıqlanmayıb. 

Şanlının son iş yeri"Sakaryaspor" olub. O, bu il komandadan ayrılıb.

Xatırladaq ki, "Ümraniyespor" Türkiyə 1-ci liqasında 2023-24 mövsümünü 11-ci sırada bitirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər