Tsxadadze “İnter”dən gedəcək – ÖZƏL

Tsxadadze “İnter”dən gedəcək – ÖZƏL

“İnter” rəhbərliyinin mövsümə uğursuz başlayan komandanın çalışdırıcısı Kaxaber Tsxadadze ilə yeni birillik müqavilə imzaladığını yazmışdıq. Fanat az xəbər verir ki, anlaşmanın yenilənməsinə baxmayaraq, gürcü qarşıdakı 2-3 turda “ağ-göylər”i vəziyyətdən çıxara bilməyəcəyi halda postunu tərk edəcək.

Klub prezidenti Georgi Nikolovla çalışdırıcı məhz belə razılaşıb. İctimai qınağı səngitmək üçün “mehriban ailə” obrazı yaratmağı vacib sayan başqanla çalışdırıcı masa arxasında mümkün ayrılığı da götür-qoy edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər