Tsxadadze daha 1 il "İnter"də

Tsxadadze daha 1 il "İnter"də

Dünən “İnter” baş məşqçisi Kaxaber Tsxadadze ilə yeni müqavilə imzalayıb. Fanat.az xəbər verir ki, yeni müqaviləyə əsasən gürcüstanlı mütəxəssis komandaya 2014/15 mövsümündə də rəhbərlik edəcək. 

Beləliklə, “İnter” Tsxadadze ilə əvvəlki müqaviləni yeniləyərək, onunla əməkdaşlığın müddətini daha bir il artırıb. Yeni razılaşmaya görə, baş məşqçi minimum 2015-ci il iyun ayınadək postunda qalacaq.

Qeyd edək ki, gürcü “İnter”ə 2009/10 mövsümündən rəhbərlik edir. Əcnəbi mütəxəssis komandasına debüt mövsümündə çempionatın qızıl medallarını qazandırmışdı. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər