Transfer şayiələri: Özil "Nyukasl"da?

Transfer şayiələri: Özil "Nyukasl"da?

Yay "transfer pəncərəsi" bağlandıqdan sonra futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır. 

"El Nacional" nəşri: "Mançester Yunayted" Jordi Albanı hədəfləyir. "Barselona" əlverişli təklif olarsa, futbolçunu buraxmağa hazırdır.

"El mundo deportivo" nəşri: Neto İngiltərə Premyer Liqasında çıxış edə bilər. "Vest Hem" "Barselona"nın qapıçısı uğrunda mübarizəyə qoşulub.

"The Telegraph" nəşri: Dominik Kalvert-Lyuin (Dominic Calvert-Lewin) "Nyukasl"ın qış "transfer pəncərəsi" dönəmi üçün əsas hədəfidir.

"Le10Sport" saytı: PSJ norveçli hücumçu Erlinq Holandı (Erling Haaland) heyətinə cəlb edə bilməsə, Məhəmməd Salahı (Mohamed Salah) onun yerinə alternativ hesab edir.

"Goal" saytı: Usman Dembele (Ousmane Dembele) "Nyukasl"a keçmək niyyətindədir. "Barselona" ilə yeni oyunçunun müqaviləsinin müddətini uzatması cəhdləri uğurlu getmir və "Nyukasl" onu azad agent olaraq əldə edə bilər.

Ekrem Konur idman jurnalisti: "Nyukasl" Mesut Özili İngiltərə Premyer Liqasına qaytarmaq istəyir. Klubun yeni ərəb sahibləri komandanı müsəlman ölkələrindən olan azarkeşlər üçün daha da cəlbedici etmək fikrindədirlər.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər