Transfer şayiələri: "Nyukasl" "ulduz" axtarışında

Transfer şayiələri: "Nyukasl" "ulduz" axtarışında

Yay "transfer pəncərəsi" bağlandıqdan sonra futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır.

"Tutto Juve" nəşri: "Nyukasl" Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Aksel Vitseli transfer etmək üçün yarışa qoşulub. Müqavilə müddətinin bitməsinə 6 ay qalan 32 yaşlı futbolçu"Yuventus"la sıx əlaqədədir. Yanvarda Vitsellə ilkin müqavilə ilə bağlı danışıqlara başlamağı planlaşdıran "Nyukasl" ona 10 milyon avro təklif etməyə hazırdır.

"WAZ" idman xəbəri portalı: Dortmund "Borussiya"sı Yussuf Mukokonu icarəyə vermək fikrindədir. Gələn yay Erlinq Holland klubdan ayrılsa belə, 16 yaşlı futbolçunun (noyabrın 20-də 17 yaşı tamam olacaq) icarəyə verilməsi təkliflərini nəzərdən keçirməyə hazırdır. Ancaq Mukoko mövsümün ikinci yarısında Marko Rouzun komandasının əsas üzvü kimi göründüyü üçün qarşıdan gələn yanvar ayında göndərilməyəcək.

"L'Interista" nəşri: "Everton" İvan Perişiç uğrunda mübarizədə qalib gəlməyə ümid etsə də, xorvatiyalı futbolçu Almaniyaya qayıtmaq istəyir. Müqaviləsi 2022-ci ilin iyununda başa çatacaq "İnter"in futbolçusu ilə "Roma" və "Milan" da maraqlanır.

"The Times" nəşri: "Nyukasl" "İnter"in dueti Stefan De Vrey - Marselo Brozoviçi hədəfə alıb. Brozovic gələn yay azad agent ola bilər. De Vreyin isə müqaviləsi bir ildən sonra başa çatır. "Nyukasl" bu oyunçuları alaraq müdafiəi və yarımmüdafiə xəttini gücləndirə bilər. "Latsio"nun qapıçısı Tomas Strakoşa da onların radarındadır. 

Mino Rayola, Zlatan İbrahimoviçin agenti: “Məhsuldar görüş oldu. Amma mən aramızda gedən söhbətdən danışmayacağam. Zlatan İbrahimoviç "Milan"da qala bilərmi? Hər şey mümkündür. Zlatan heç vaxt dəyişmir, həmişə eynidir. O, klubla müqaviləni yeniləyə bilərmi? Hər şey mümkündür".

"Footbal İnsider" saytı: “Vilyarreal” yanvarda Arno Danjumanın transferi ilə bağlı istənilən təklifi rədd etmək niyyətindədir. Hollandiya millisinin oyunçusunun adı "Liverpul" ilə hallanır. "Mersisaydlılar" Afrika Millətlər Kubokuna gedəcək Məhəmməd Salah və Sadio Mane üçün əvəzedici axtarır. Lakin İspaniya klubu onu buraxmaq niyyətində deyil. 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər