Transfer şayiələri: İkardi "Nyukasl"a yox dedi

Transfer şayiələri: İkardi "Nyukasl"a yox dedi

Yay "transfer pəncərəsi" bağlandıqdan sonra futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır. 

"Fichajes" nəşri: "Tottenhem" gələn mövsümə Harri Keynin (Harry Kane) əvəzedicisi kimi Alvaro Moratanı hədəfləyib. 

"La Gazzetta dello Sport" nəşri: Maouro İkardinin (Mauro İcardi)  "Nyukasl"a keçməyəcəyinin birinci səbəbi onun həyat yoldaşıdır. Vanda Nara Parisdən ayrılmaq istəmir. Futbolçu isə həyat yoldaşının razılığı olmadan digər şəhərə köçməyəcək.

"Daily Express" nəşri:  "Liverpul"  "Brugge"nin yarımmüdafiəçisi Şarl De Ketelare ilə ciddi maraqlanır. Belçikalı futbolçunu "Napoli" də heyətində görmək istəyir.

"Todofichajes" nəşri: "Real Madrid" in hücumçusu Mariano Diaz "Nyukasl"ın maraq dairəsindədir. Diaz daha çox oyun praktikası əldə etmək istəyir. Odur ki, bu təklifi qəbul edə bilər. Madrid klubu futbolçusu ilə təxminən 10 milyon avro qazana bilər. Hazırda Diaz ilinə 4,5 milyon avro alır.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər