Qış "transfer pəncərəsi" yaxınlaşdıqca futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır.
"Eurosport" saytı: Dele Alli ilə "Nyukasl" və "Vest Hem" maraqlanır. "Tottenhem" yanvarda 25 yaşlı futbolçuya yeni müqavilə təklif edəcək. Alli həm Premyer Liqa daxilində, həm də xaricdən gələn təklifləri nəzərdən keçirməyə hazırdır.
"The Sun" nəşri: “Nyukasl” Edin Dzekoya göz dikib. 35 yaşlı futbolçunun 2011-2015-ci illərdə Premyer Liqada "Mançester Siti"nin heyətində 50 qolu var.
"Ole" nəşri: "Mançester Yunayted" Yulian Alvaresə "elçi" düşüb. “Qırmızı şeytanlar” 18 yaşlı futbolçu üçün “Bayern Münhen”, “Yuventus” və “Barselona” ilə mübarizə aparmalı olacaq.
"La Parisien" nəşri: "Tottenhem" yenidən Klement Lanqleni transfer etməyə çalışacaq. Keçən yay onlar artıq “Barselona”nın müdafiəçisinə təklif göndəriblər və rədd cavabı alıblar.
"Sky Sports" saytı: "Barselona"nın futbolçusu Yusuf Dəmir Bundesliqaya keçə bilər.
Fabrizio Romano futbol insayderi: Brayan Brobbi "Ayaks"la müqavilənin şərtlərini müzakirə edib və razıdır.
Santi Una "Foot Mercato" nəşri: "Qremio"nun 20 yaşlı sağ cinah müdafiəçisi Uanderson 11 milyon avro müqabilində "Monako"ya keçəcək.
Emin Şəmsiyev