“Traktor” Çempionlar Liqasında qələbəyə sevindi

“Traktor” Çempionlar Liqasında qələbəyə sevindi
Cənubi Azərbaycan təmsilçisi "Traktor” Asiya Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
 
Fanat.Az xəbər verir ki, Təbriz klubu VI turun oyunları çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şərcə” komandasını 2:0 hesabı ilə məğlub edib. 
 
Komandanın hər iki qolunu Məhəmməd Abbaszadə vurub. 
Qeyd edək ki ki, "Traktor” bundan əvvəlki oyunlardan dördündə heç-heçə oynamış, birində qələbə qazanmışdı. Növbəti qələbə sayəsində təbrizlilər topladıqları 10 xalla B qrupunda 2-ci yeri tutublar. "Əl-Şərcə” isə 11 xalla lider olub. Özbəkistan "Paxtakor”u 7 xalla üçüncü, İraqı təmsil edən "Əl-Kuvə” isə 2 xalla sonuncu yeri tutub.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər