Cənubi Azərbaycan təmsilçisi "Traktor" Asiya Çempionlar Liqasında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Təbriz klubu B qrupunun 5-ci turunda Özbəkistan "Paxtakor"u ilə qarşılaşıb.
Görüşdə qalib müəyyənləşməyib - 0:0.
Qeyd edək ki, "Traktor" hazırda 7 xalla turnir cədvəlində 2-ci, "Paxtakor" isə 4 xalla 3-cü pillədə qərarlaşıb. Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şərcə" klubu isə 11 xalla liderdir.
Fanat.Az