Totti Ronaldu və Dibalanın "Roma"ya mümkün keçidini şərh etdi

Totti Ronaldu və Dibalanın "Roma"ya mümkün keçidini şərh etdi

"Roma" klubunun canlı əfsanəsi Françesko Totti "Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldu və "Yuventus"la müqaviləsinin müddəti başa çatmış Paulo Dibalanın paytaxt klubuna mümkün keçidi ilə bağlı danışıb.

Fanat.Az xəbər verir ki, "Calciomercato" nəşri 45 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:

“Mən heç vaxt Ronaldunun “Roma”ya transferinə inanmamışam. Çünki indiki reallığı bilirəm. Amma gəlsəydi, yaxşı olardı.

Dibalaya gəlincə, düşünürəm ki, bu, mümkün idi. Ancaq bəzi hadisələrdən sonra onun transfer olunması ehtimalı minimaldır. Məncə o, başqa klubda çıxış edəcək". 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər