Totti "Roma"nın zəfərindən yazdı

Totti "Roma"nın zəfərindən yazdı

"Roma”nın canlı əfsanəsi Françesko Totti tvitter hesabında "canavarlar”ın "Barselona”nı Çempionlar Liqasının 1/4 final mərhələsində mübarizədən kənarlaşdırmasına reaksiya verib.

 

Fanat.Az-ın məlumatına görə, Totti bu sözləri yazıb: "Belə anlarda başa düşürsən ki, klubun rənglərində yaşamaq qürurvericidi. İrəli "Roma”!"

Qeyd edək ki, səfərdə 1:4 hesabıyla uduzduğu "Barselona”nı dünən öz meydanında 3 cavabsız qolla yenən İtaliya təmsilçisi yarımfinala yüksəlib.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər