Totti "İnter"i yıxdı - VİDEO

Totti "İnter"i yıxdı - VİDEO
İtaliya A Seriyasının VII turunda "Roma" Milanda "İnter"in qonağı olub. Fanat.az xəbər verir ki, Paytaxt təmsilçisi 3 xalı 3 qolla qazanıb.
Matçın 18-ci dəqiqəsində Françesko Totti komandasını hesabda irəli çıxardıb - 1:0. Qonaqların kapitanı bununla kifayətlənməyib. 40-cı dəqiqədə meydan sahiblərinin qapısına təyin olunmuş penaltini Totti dəqiq yerinə yetirir. Oyunun taleyinə elə birinci hissədə aydınlıq gəlir. Tottinin dublundan sonra Alessandro Florensi komandasının 3-cü qoluna imza atıb.
Digər oyunda isə "Kyevo" doğma divarlar arasında "Atalanta"ya minimal hesabla məğlub olub - 0:1.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər