Yan Fertongen "Tottenhem"i tərk edib.
Fanat.Az xəbər verir ki, Fertongen komandadan ayrıldığını bəyan edib. 33 yaşlı futbolçu bu barədə "Instagram" hesabında paylaşım edib:
"Klubdakı zamanım başa çatdı. Bir neçə səbəbdən bu, mənim üçün üzücü gündü. Buradakı dostlarım, klub əməkdaşları, möhtəşəm stadion və sizlər - azarkeşlər üçün darıxacam. İllər ərzində mənə verdiyiniz dəstəyə görə minnətdaram. Möhtəşəm idiniz. Sizinlə birlikdə inanılmaz anlar yaşadıq, amma artıq sağollaşmaq vaxtıdı".
Fertongen 2012-ci ildən "Tottenhem"də çıxış edirdi. Belçikalı müdafiəçi bu müddət ərzində 315 dəfə London klubunun formasını geyinib.
Fanat.Az