"Tottenhem" üç futbolçusunu cərimələdi

"Tottenhem" üç futbolçusunu cərimələdi
İngiltərənin "Tottenhem" klubu futbolçularını - Serxio Regilon, Covanni Lo Selso və Erik Lamelanı cəzalandırıb.
Fanat.Az "The Atletic" nəşrinə istinadən xəbər verir ki, hər üç oyunçu karantin qaydalarını pozduqları üçün cərimələniblər.
Milad bayramını "Vest Hem"in yarımmüdafiəçisi Manuel Lansini ilə qeyd edən futbolçular daha sonra birlikdə çəkilmiş fotolarını sosial şəbəkədə paylaşıblar.
London klubu oyunçuların məsuliyyətsiz davranışını bağışlamayıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər