"Tottenhem"in sabiq futbolçusu öldü

"Tottenhem"in sabiq futbolçusu öldü
İngiltərəli veteran futbolçu və məşqçi Castin Edinburq vəfat edib.
Fanat.Az xəbər verir ki, sabiq futbolçu 49 yaşında ürəktutmasından dünyasını dəyişib. Edinburq bir neçə gün əvvəl xəstəxanaya yerləşdirimişdi. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 
Qeyd edək ki, 1990-2000-ci illərdə "Tottenhem"də çıxış edən Edinburq karyerası ərzində həmçinin İngiltərənin "Southend", "Portsmut" və "Billerikay Toun" klublarında forma geyinib. O, məşqçi karyerası ərzində "Fişer Atletik", "Qrays Atletik", "Ruşden & Diamonds", "Nevport Kounti", "Gillingem", "Nortampton Toun" və "Leyton Orient" klublarına başçılıq edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər