"Tottenhem"in prezidenti Keynlə bağlı nədən qorxur?

"Tottenhem"in prezidenti Keynlə bağlı nədən qorxur?

"Tottenhem" prezidenti Daniel Levi ulduz hücumçu Harri Keynin Premyer Liqanın digər klubuna keçməsindən qorxur.

Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, hotspurluların prezidenti üçün ən pis ssenari həm də Keynin gələn ilin yayında azad agent kimi yolları ayırmasıdır.

Klub rəhbərliyi hələ də komandanın kapitanı ilə müqavilənin uzadılacağına ümid edir. Lakin mənbə bu şansın sıfıra bərabər olduğunu vurğulayıb. “Tottenhem”də bunu yaxşı başa düşürlər. Buna görə də Daniel Levi tezliklə “Bayern Münhen” ilə danışıqları intensivləşdirməyə çalışır. 

Xatırladaq ki, Harri Keyn üçün Münhendən gələn son təklifi – 80 milyon avro və əlavə bonus olub ki, "Tottenhem" bunu rədd edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər