"Tottenhem"in futbolçusunu küçədə soydular

"Tottenhem"in futbolçusunu küçədə soydular

"Tottenhem"in yarımmüdafiəçisi İv Bissuma Fransada olarkən soyğuna məruz qalıb.

Fanat.Az xəbər verir ki, "Evening Standard"ın yaydığı məlumatı Hotspur təmsilçisinin mətbuat xidməti də təsdiqləyib.

Gözyaşardıcı qazdan istifadə edən cinayətkarlar futbolçunun 293 min avro dəyərində saatını aparıblar. Bissuma yaxınlıqdakı oteldə gizlənməyə çalışdığını, lakin həmin məkanın qapısı bağlı olduğu üçün vəziyyətdən çıxa bilmədiyini deyib. Polis Kann şəhəri yaxınlığında baş verən hadisəni araşdırmağa başlayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər