"Tottenhem"in futbolçusundan ayrılıq qərarı

"Tottenhem"in futbolçusundan ayrılıq qərarı

"Tottenhem"in müdafiəçisi Davinson Sançes klubu tərk edəcək. 

Fanat.Az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. 

Əsas heyətdə yerini itirən 27 yaşlı kolumbiyalı futbolçunun komandadan getmək istədiyi bildirilir. 

Sançesin "Tottenhem"lə müqaviləsinin bitməsinə 1 il qalıb. Ancaq o, bu 1 ili gözləmək niyyətində deyil. və menecerinə ona yeni klub tapmağı tapşırıb. 

Qeyd edək ki, Kolumbiya millisinin üzvü 2017-ci ildən "Tottenhem"də çıxış edir. 140 oyunda forma geyinən müdafiəçi 3 qola imza atıb.

Röya 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər