"Tottenhem"in argentinalı yarımmüdafiəçisi Covani Lo Çelso karyerasını İspaniyada davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbə "Vilyarreal"ın ötən mövsüm icarə əsasında formasını geyinmiş Lo Çelsonun transfer hüquqlarına yiyələnmək istədiyini və tərəflərin danışıqlara başladığını bildirib. Xəbərə görə, La Liqa təmsilçisinin baş məşqçisi Unai Emeri bu transferdə şəxsən maraqlıdır.
Qeyd edək ki, Lo Çelso ötən mövsüm "Vilyarreal"la Çempionlar Liqasının yarımfinalına qədər irəliləyib.
Nihat